Modern.az

Müsavatın neçə üzvü Qubad İbadoğlunun təşkilatına keçib? - AÇIQLAMA

Müsavatın neçə üzvü Qubad İbadoğlunun təşkilatına keçib? - AÇIQLAMA

Təhsil

6 Oktyabr 2015, 16:11


Müsavat Partiyasının başqan dəyişikliyi ilə nəticələnən qurultayından bir ildən çox keçir. Qurultaydan sonra başqan seçkiləri ilə bağlı qalmaqala görə adıçəkilən partiyadan bir sıra tanınmış şəxs uzaqlaşdırıldı, yaxud özləri istefa verdi.

Onların bir qismi başqanlığa namizəd Qubad İbadoğlunun sədr olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatına (ADR) qatıldı.  

ADR sədrinin birinci müavini Vurğun Əyyub Modern.az-a açıqlamasında ötən bir il ərzində hərəkata qoşunların xeyli sayda olduğunu deyib: 

“Müsavatın qurultayından bir il ötsə də, ADR-ə nə qədər sayda müsavatçının keçməsi ilə bağlı hesablama aparmamışam. Bildiyiniz kimi, bizim təşkilat təkcə Müsavat üzvlərindən ibarət deyil. ADR-də müxtəlif siyasi partiyaların üzvləri, o cümlədən müstəqil şəxslər təmsil olunur. ADR-ə indi xeyli sayda insan üz tutur”.  

Vurğun Əyyub ölkədə keçiriləcək parlament seçkilərinə də münasibət bildirib:  

“Namizədliyimi müstəqil irəli sürmüşəm. Artıq qeydiyyatdan keçmişəm. Onu deyə bilərəm ki, Azərbaycanda mövcud seçki durumu qənaətbəxş deyil. İndiki vəziyyət  seçkilərin azad və ədalətli keçirilməsinə hər hansı imkan yaratmır”.  

Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında təşkilatda qurultaydan sonra yaranan problemlərin həll olunduğunu bildirib.  

Namidə BİNGÖL  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək