Modern.az

Azərbaycanda yeni yol açılıb

Azərbaycanda yeni yol açılıb

Təhsil

6 Oktyabr 2015, 20:31

Bu gün Göyçay-Ucar avtomobil yolunun açılışı baş tutub. Açılışda Azərbaycan Respublikasının Prezident İlham Əliyev iştirak edib.

Modern.az-ın məlumatına görə, “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlət başçısına Göyçay-Ucar avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 3-cü texniki dərəcəli bu yolun uzunluğu 20 kilometrə yaxındır. Eni 12 metr olan yolda iki hərəkət zolağı var. Yol üzərində müxtəlif qovşaqlar, həmçinin bir dəmiryol körpüsü yerləşir. Bu yol Göyçay-Ucar istiqamətində avtomobillərin rahat hərəkətini təmin etməklə yanaşı, bölgədə gedən iqtisadi inkişaf proseslərinə də öz təsirini göstərəcək. Dövlət başçısı rəmzi açılışını bildirən lenti kəsib. Modern.az      
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək