Qaydaları dəyişən premium ‘4-qapılı idman maşını’ Yaxın Şərqdə ictimaiyyətə təqdim olunub.
Nissan şirkətinin istehsalı olan tamamilə yeni, qaydaları dəyişən Nissan Maxima 2016 modeli Yaxın Şərqdə işıq üzü görüb. Tamamilə yeni dizaynda təqdim olunan 8-ci nəsil model, Maxima modelinin bu günə qədər ən güclü və ən idman üslublu modelidir.Öz başgicəlləndirən dizaynı, yüksək performansı və qabaqcıl texnologiyası ilə Yaxın Şərqdəki müştərilərə təqdim olunan tamamilə yeni Nissan Maxima 2016 öz seqmentinə kökündən yenilik gətirmək məqsədilə dizayn edilib. Bütün bu sadalanan səciyyəvi xüsusiyyətlər yeni Nisan Maxima’nı idman maşını üslubu ilə premium zərifliyin unikal kombinasiyana çevirir.
Nissan şirkətinin Yaxın Şərq üzrə İcraçı Direktoru Samir Çerfan yeni model haqqında şərhlərini belə dilə gətirir: “Çox fərqli üslubda dizayn edilmiş tamamilə yeni Nissan Maxima 2016 idarəetmə həvəskarları tərəfindən idarəetmə həvəskarları üçün işlənib hazırlanıb, bu gün yollarda onun bənzəri yoxdur – və öz seqmentində heç bir maşın onun kimi sürülmür. O, Nissan Maxima’nın əfsanəvi ‘4-Qapılı İdman Maşını’-nın mövqeyini geridə qoymaqla bərabər, həmçinin tamölçülü sedan seqmentində üslub, performans və texnologiya istiqamətində yeni standartlar müəyyən edib.
“Yeni Nissan Maxima mahiyyət etibarilə konservativ seqmentdə yeni kəşfdir. O, öz sinfində qabaqcıl dizaynı, yanacağa qənaət etməsi, performansı və yüksək texnologiyası ilə yüksək standartlar müəyyən edir. Bazarda bu günə qədər bu seqment çərçivəsində onun qədər həyəcanverici model olmayıb”.
Yüksək performansa malik, yüksək keyfiyyətli sedan, Nissan şirkətinin məqsədyönlü biznes hədəfini dəstəkləyəcək. Nissan şirkəti 2014-cü ildəki satışlarla müqayisədə 70%-dən çox artımla, təqribən 7000 avtomobil satışını qarşısına məqsəd qoyaraq tamamilə yeni Nissan Maxima 2016 modelinin Körfəz Əməkdaşlıq Şurası çərçivəsində E-seqmentində 12% paya sahib olacağına ümid edir.
Tamamilə yeni Nissan Maxima 2016 modelinin əsas xüsusiyyətləri: Aura Nissan Maxima'nın üslubu Nissan şirkətinin yeni dizayn dilini nümayiş etdirir – avtomobilin “V-Motion” üslubuna malik qabaq hissəsi, bumeranqşəkilli fənərlər, böyük arxa dayaqlar və unikal axıcı formaya malik dam. Daxildə, Nissan Maxima'nın premium, öz sinfində qabaqcıl, xüsusi sifarişlə tikilmiş salonu dəbdəbəli avtmobillərlə rəqabət aparan sürücü kabinası ilə təchiz olunub. Yeni avtomobil, ABŞ-ın Florida ştatı, Pensakola şəhərində yerləşən Hərbi Dəniz Aviasiyası Stansiyasındakı “Mavi mələklər” adlı təyyarələrdən ilham alınaraq işlənib hazırlanmışdır. Yeni model özündə “qırıcı” təyyarəsindən ilham alınaraq dizayn edilmiş üslubu və erqonomik mexanizmi birləşdirir.
Futuristik xarici görünüşü, geniş, ikili, xromdan hazırlanmış işlənmiş qaz borusu ucluqları və 18-dyümlük mexaniki, aliminium xəlitəli təkərlər tamamlayır.
Nissan Maxima SR modeli isə 19 dyümlük alüminium xəlitəli unikal, almaz yonmalı mexaniki haşiyəli təkərlərə malikdir. Nissan Maxima’nın tamamilə yenilənmiş interyeri “komanda mərkəzi” sürücü kabinasına və premium, xüsusi olaraq sifariş edilmiş, zövqlə işlənib hazırlanmış salona malikdir. İdarəetmə paneli həmçinin kənarlarda kontrastlı tikişlərlə işlənmiş dəbdəbəli haşiyələrə malikdir. İdarəetmə panelinin üzərindəki yeni Display Commander paneli, premium idman üslublu sedana layiq şəkildə, mərkəzi displeyi barmaqların ucu ilə idarə etməyə imkan verir.
Nissan Maxima’nın inkişafının ilk günlərindən şirkət öz diqqətini modelin salonunun işlənib hazırlanmasında cəmləyib. Şirkət öz qarşısına dəbdəbəli avtomobillərlə həqiqi rəqabət aparan salon təklif etmək məqsədini qoyub. Bu model, orijinal tikişlərə malik alətlər paneli, qapılar və idarəetmə paneli, əhatəli işıqlanma, almaz sırıqlı haşiyələr, premium dəri oturacaq örtükləri, unikal yonulmuş işlənmiş qaz borusu ucluqlarına və idman üslublu D-şəkilli (yastı dibli) sükana malikdir.
Tamamilə yeni Nissan Maxima 2016’nın rahatlığı, Nissan’ın ‘Zero Gravity Seats’ dizaynından ilhamlanaraq təmin olunub – bu dizayna, yumşaqlıq üçün süngər örtüklü döşəkcə, uzun müddət rahatlığınızı təmin edəcək akkustik, laminasiya edilmiş şüşələr (qabaq şüşə və qabaq yan şüşə) və daha səssiz kabina üçün Aktiv Səsboğucu Sistem (Active Noise Cancellation System) əlavə edilib.
Avtomobilin həm xaricində və həm də daxilində istifadə olunmuş rənglər Maxima’nın eksklüziv idman üslublu premium özəlliyi ilə uyğunluq təşkil etmələri üçün diqqətlə seçilib.
Performans Nissan Maxima’nın performansı bir sıra aspektlər üzrə bazar konyunkturasını əsaslı şəkildə ötüb keçir və bir çox idman üslublu avtomibillərlə bərabər səviyyədədir; bu da onu böyük qardaşı Nissan Gt-R modelinə daha da yaxınlaşdırır. Nissan Maxima’nın 3.5 litrlik VQ-seriyalı V6 mühərriki 60% yeni hissələrdən ibarət olmaqla (əvvəlki nəsil 3.5 litrlik V6 mühərriki ilə müqayisədə) yenidən dizayn edilib. 300 at gücünə malik Nissan Maxima yüksək enerji çıxışı ilə bir litr yanacağa 85.7 at gücü hasil edir.
Ətraf Mühitin Mühafizəsi Agentliyinin dəyərləndirməsinə əsasən, yeni mühərrikin 30 mil məsafəyə bir qallon (4,5 litrə bərabər ölçü vahidi – tərc.) yanacaq sərf etməklə şossedə hərəkət edərkən yanacağa 15% qənaət etməsinə nail olacağı gözlənilir*.
Fərqli tərtibata malik mühərrikin dizaynını, səmərəli, daha geniş ötürücü diapazonlu, mühərrik işə düşdükdə daha güclü sürət yığmağa imkan verən Xtronic transmissiya və drossel qapağının geniş açılması zamanı sürətli ötürmələrə imkan verən tamamilə yeni D-pilləli ağıllı sürət qutusu tamamlayır. Texnologiya Nissan Maxima'nın yeni nəsil premium texnoloji xassələrinə smartfonlarda olduğu kimi, barmaqla çevirmək və böyütmək üçün ekranı sıxmaq kimi xassələr və 8 dyümlük rəngli displey aiddir. Sistem, alətlər paneli daxilində standart 7-dyümlük Advanced Drive Assist Display (ADAD) sistemi ilə birgə çalışır.
Avtomobil geniş sayda təhlükəsizlik və sürücüyə kömək vasitələrinə malikdir. Bunlara Predictive Forward Collision Warning (PFCW) – Öndən Toqquşma Xəbərdarlığı, Intelligent Cruise Control (ICC) – Ağıllı Kruiz Kontrol, Forward Emergency Braking (FEB) - Qabağa Fövqəladə Əyləcləmə Qurğusu, Rear Cross Traffic Alert (CTA) – Arxada Köndələn Trafik Xəbərdarlıq Siqnalı və Blind Spot Warning (BSW) - Görünməyən Zona Xəbərdarlığı (BSW) sistemləri aiddir. Həmçinin Nissan Maxima baza xətti müəyyən etmək üçün idarəetmə zamanı istifadə olunan gücə müşahidə edən və sürücü yuxuladıqda və ya diqqəti yayındıqda həyəcan siqnalı verən Driver Attention Alert (DAA) – Sürücü Diqqət Xəbərdarlıq Siqnalı sistemi ilə təchiz olunub (yalnız Nissan Maxima SR modeli).
Dəbdəbəli avtomobillərə layiq elementlər, Nissan Maxima’nın cihazlar komplektinin bir hissəsidir. Bu xassələrdən bir çoxu hətta dəbdəbəli şirkətlərin istehsal etdiyi avtomobillərdə mövcud deyildir və əksər Nissan Maxima modellərində standart komplektə daxildir. Bu xassələrə “Easy Entry” (asan giriş) sisteminə malik maili/teleskopik sükan, Around View® Monitor (Ətrafı Görmə Monitoru) sistemi, Uzaqdan İşəsalma üçün Breloklu Açar və arxa şüşə üçün günəşdən qoruyucu geniş örtük.
Nissan şirkətinin yüksək standartlara və ümumi xidmət xərcləri istiqamətində ən yaxşı dəyərlərə sadiqliyi tamamilə yeni Nissan Maxima 2016’nın bütün modellərində daimidir və ön plandadır. Nissanın təhlükəsizlik reytinqi və ümumi xidmət xərclərini rəqabətcil saxlamağa sadiqliyi Yaxın Şərq boyunca növbəti illərdə satışlara əhəmiyyətli dərəcədə dəstək olacaq. Bundan əlavə, yanacağa böyük qənaət, yeni texnologiyalar, keyfiyyətli konstruksiya, davamlılıq və təhlükəsizlik kimi bir çox meyarlar Nissan Maxima’nın aşağı istismar xərclərinə öz töhfəsini verir.
Modern.az