Modern.az

“Ağdamda görüşənədək”

“Ağdamda görüşənədək”

Təhsil

7 Oktyabr 2015, 10:02

“Görüşdən ayrılarkən əsli-kökü işğal altındakı ərazilərdən olan hər bir  Azərbaycan vətəndaşı bu gün  bir-birinə  “xudahafiz” yox, məhz  bu sözləri - Ağdamda, Şuşada, Xankəndində görüşənədək,- deməlidir”- bu fikirlər Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədova məxsusdur.

“Orta və xüsusən də böyüməkdə olan gənc nəslə bu məqamın açlışını dönə-dönə təbliğ etməliyik. Təbliğ etməliyik ki, Qarabağın torpağının zənginliyini və nəyə qadir olduğunu gənc nəsil də bilsin. Torpaq sevgisini hiss etsin, onu yaşasın...” .

Raqub Məmmədov çox ürəklə danışırdı. Çıxışında həmçinin, Azərbaycan muğamının dirçəldilməsi və beynəlxalq səviyyədə tanıdılmasında  birinci xanım Mehriban Əliyevanın müstəsna xidmətlərinin olduğunu dilə gətridi.  İcra başçısı sonda “Kötəl”in suyun içib muğamı daha böyük zirvələrə çatdırmaq üçün əlindən gələni əsirgəməyəcəyini”də dedi...

Həmin gün  Ağdamın Quzanlı qəsəbəsində xalq artisti,  “Şöhrət” ordenli Mənsum İbrahimovun 55 illik yubileyi keçirilirdi.  Möhtəşəm bir ssenariylə təşkilatçılar  yaddaqalan bir tarix yazdılar. O tarixi ki, vaxtıylə Xan əmi, Seyid,   Əbülfət  və onlarca digər virtouz sənətkarlar yazmışdı.

Tədbirin ən maraqlı məqamı isə korifey sənətkar Arif Babayevin səhnəyə   gəlişiylə başladı. Ustadımız sevimli tələbələriylə doğma torpaqda özlərini ürəkli  hiss edirdi. İkinci, hətta  üçüncü  sürətləri açılmışdı sanki. Səs-səsə verib yüzlərcə həmyerlilərini sevindirdilər.

Mənsum İbrahimov demişkən,  “yubiley bir bəhanədir. Məqsədimiz həmyerlilərimiz qarşısında hesabat verməkdir. Son on ildə Ağdamın qoruya bildiyimiz 28 faizlik ərazisində bəlkədə ilk dəfədir ki, bu tərkibdə çıxışlar olur.”

Ustad və komandası özlərini   həqiqətən “İmarətdə” hiss  etmişdilər. “Natavan” Qızlar Bayramında verdikləri konsert yada düşmüşdü. Səksəninci illərdə, Ağdamda Natəvan Qızlar bayramında məhz belə konsert verilmişdi...

Ustadımız Arif Babayevin çıxışını  zal  ayaq üstə  alqışladı. Ustadımızın çıxışı isə ayrı bir aləm oldu. 78 yaşlı sənətkar Xanın, Seyidin layiqli davamçısı olduğunu bir daha isbat elədi.

Eyni zamanda “Ay Zaur”  proqramının çəkilişləri aparılırdı.

Zaur Kamalın təqdimatına isə söz ola bilməz, hər söz yerində deyilirdi.

Beləcə, yüksək əhval ruhiyyədə tədbir davam etdi...

Tədbirdə səbəbkar Mənsum İbrahimov da çıxış edəsi oldu. Ustadımız haqda yüksək fikirlər söyləməklə ozü də bir parça oxudu.

Xalq artistləri  Rəmiş (Rafiq Hüseynov), Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artistlər Cabir Abdullayev, Sevinc Sariyeva, Təyyar Bayramov, Səbuhi İbayev, Feyruz Səxavət,  perspektivli xanəndə Elşad Aydınoğlu rəngarəng çıxışlarıyla tamaşaçıları Ağdamlı günlərə qaytarmışdılar. Müşaiyətçilərdə virtuoz ifalarıyla sevincə sevinc qatdılar.

Sonda hamılıqla “Qarabag şikəstəsi”nın ifa etmələri tədbirin zirvə nöqtəsi oldu və ekspromt hazırlanan bu parça hamının ürəyincə oldu. Tamaşaçılar məhz ayaq üstə Şikəstəni dinləməklə minnətdarlıqlarını bildirdilər.

Yeni  “Çay evi”ində  isə daha maraqlı söhbətlər oldu...

Bəli, Ağdam Rayon İcra Hakimiyyətinin “Xəzər”  televiziyası birgə təşkilatçılığıyla növbəti dəfə tarix yazıldı.

Qalır bizlərin bu tarixi Ağdamda, “İmarət”də  təkrar etməyimiz...

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək