Modern.az

Deputat narazlıq etdi: “Özüm naxçıvanlı olduğuma görə demirəm...”

Deputat narazlıq etdi: “Özüm naxçıvanlı olduğuma görə demirəm...”

Təhsil

7 Oktyabr 2015, 13:05

Bu gün Milli Məclisin bir neçə komitəsinin birgə iclasında Azərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcə layihəsi ilə bağlı müzakirələr keçirilib.

Modern.az xəbər verir ki, iclasda çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev gələn ilin büdcəsində olan azalmalarla bağlı danışıb.

“Bu gün Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşayır. Dövlət universitetlərinin, səhiyyə obyektlərinin özəlləşdirilməsi həm büdcə üçün, həm də özəl universtitelər üçün yaxşı hal ola bilər”.

Deputat qaçqın və məcburi köçkünlərlə də bağlı məsləyə də toxunub.

“Qaçqın və məcburi köçkünlərə ayrılan vəsaiti azaltmaq yox, əksinə artırmaq lazımdır. 20-25 ildir ki, onlar ağır şəraitdə yaşayırlar. Düşünürəm ki, onların problemləri həll olunmalıdır. Azərbaycanın real artımı  2016-cı ildə 2,5%, Ermənistanda isə bu göstərici 0% olacaq”.

Deputat bildirib ki,  Ermənistan 2,6 milyard dollarlıq büdcəsinin 114 milyon dollarını Qarabağa ayırıb.

“Azərbaycanda isə strateji cəhətdən əhəmiyyətli bir yer olan Naxçıvana ayrılan dotasiya 15,4 milyon dollar azaldılıb. Buna görə düşünürəm ki, ora ayrılan dotasiyanın azaldılması yaxşı hal deyil. Naxçıvan hər tərəfdən blokada şəraitində olan bir ərazidir. Bunu özüm naxçıvanlı olduğuma görə demirəm, belə bir vəziyyət harda olsa, dilə gətirərdim”.

Aytən Zəhra

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək