Modern.az

Azərbaycanda hava pisləşəcək

Azərbaycanda hava pisləşəcək

Təhsil

7 Oktyabr 2015, 13:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, günün birinci yarısında 20-23, günün ikinci yarısında 15-17, Bakıda gecə 16-18, günün birinci yarısında 20-22, günün ikinci yarısında 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti olacaq.

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək