Modern.az

İlham Əliyev Putinə zəng etdi

İlham Əliyev Putinə zəng etdi

Təhsil

7 Oktyabr 2015, 13:25


Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Modern.az xəbər verir ki, dövlət başçısı Vladimir Putinə ad günü münasibətilə təbriklərini çatdırıb, ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək