Oktyabrın 6-da Goranboy rayonunun Tapqaraqoyunlu kənd orta məktəbində şagird Ramil Şəmmədovun məktəbə gətirdiyi 1 ədəd “F-1” qumbarası müəllimlər tərəfindən alının və rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.
Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, araşdırmalar zamanı Ramil Şəmmədov izahatında həmin məktəbin şagirdi Emil Şirinovla birgə kəndin kənarında olarkən hərəsinin 1 ədəd qumbara tapmalarını bildirib.
Emil Şirinovun yaşadığı evə baxış zamanı 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülüb.
Modern.az