Modern.az

VI Avropa Film Festivalına hazırlıq gedir

VI Avropa Film Festivalına hazırlıq gedir

7 Oktyabr 2015, 12:13

  Artıq neçə ildir ki, payızda Azərbaycanın paytaxtında Avropa Film Festivalı keçirilir. Bu xoş ənənə bu il də davam etdiriləcəkmi?

Bununla bağlı Park Cinema kinoteatrlar şəbəkəsinin diektoru Namiq Quliyev Modern.az-a açıqlama verib.

N.Quliyevin sözlərinə görə, Park Cin ema kinoteat rlar şəbəkəsinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birgə gerçəkləşdirdiyi Avropa Film Festivalının keçirilməsi xoş bir ənənəyə çevrilib və 2015-ci il də istisna təşkil etməyəcək.

-Festival Avcropa kinosundakı yeniliklərdən xəbərdar olmağa, yeni filmlərlə tanış olmağa vəsilə olur, o zövqün formalaşdır ılmasına kömək edir. Son vaxtlar Azərbaycanda da kinoindustriyası dinamik şəkildə inkişaf etməyə başlayıb, yeni filmlər çəkilir, yerli tamaşaçı azərbaycanlı rejissor və aktyorları özü üçün kəşf edir, onları tanıyır. Və əgər bir neçə il əvvəl Festival Avropa filmləri ilə tanış olmaq imkanı yaradan möhtəşəm mədəni hadisə olmaqla məhdudlaşırdısa, hazırda ölkə kinomatoqrafında irəliyə doğru addımların atılması bu festivalın həmçinin təcrübə mübadiləsi üçün də əlverişli meydança olacağını söyləmək olar.

VI Avropa Film Festivalının Azərbaycan kinosunun özünün inkişaf dövrünü yaşadığı bir vaxda keçirilməsi respublikamızın mədəni həyatında mühüm hadisə olacaq. Bizim Flame Tower-də yerləşən ofisimizdə bir neçə gün əvvəl Avropa İttifaqının siyasət, iqtisadiyyat, mətbuat və informasiya məsələləri üzrə şöbəsinin müdiri cənab Toralf Pils ilə VI Avropa Film Festivalının hazırlıq işlərinə həsr olunmuş görüşümüz keçirilib. Görüşün nəticəsi olaraq VI Avropa Film Festivalının açılış mərasiminin oktyabrın 29-da keçirilməsinə dair razılıq əldə olunub. Görüşdə cənab Pils festival çərçivəsində göstəriləcək filmlərdə nümayiş olunacaq ideyaların, onların qəhrəmanlarının Azərbaycan tamaşaçısına ayrı-ayrı Avropa ölkələrinin vətəndaşlarını yaxından tanımağa imkan verəcəyini qeyd edib və vurğulayıb ki, bu xalqların mədəni inteqrasiyasının genişlənməsinə imkan verəcək.

-Festivalda hansı ölkələrin iştirakı gözlənilir?

-Hələlik 16 ölkə ilə razılıq əldə olunub – Festivalın proqramına Almaniya, Finlyandiya, Çexiya, Böyük Britaniya,  Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstanda və eləcə də Azərbaycanda istehsal olu nmuş filmlərin salınması planlaşdırılıb. Tamaşaçılara həm komediya, dram, fantastika, macəra janrlarında bədii filmlər, həm də animasiya və sənədli filmlər təqdim olunacaq. Bununla yanaşı, qeyd etmək istərdim ki, danışıqlar hələ davam edir və istisna deyil ki, həm iştirakçı siyahısı, həm də Festivalın proqramı dəyişə bilər.

 -Festival çərçivəsində hansı Azərbaycan filminin nümayişi nəzərdə tutulub?

 -2015-ci il çoxlu sayda Azərbaycan filmləri ilə bizim hamımızı sözün yaxşı mənasında təəccübləndirdi və sevindirdi. Bəzi filmləri tamaşaçılar çox bəyəndilər, yaxşı kassa toplayan filmlər oldu. Tamaşaçı simpatiyası və gəlirin əldə olunması çoxlu sayda filmlərin çəkilməsini şərtləndirdi. Mənə məlumdur ki, hazırda bir neçə bədii film çəkilir, onlardan bəzilərinin çəkilişləri yekunlaşmaq üzrədir. Buna görə də Festivalın proqramına hansı filmin daxil olcağını söyləmək hələlik çətindir. Festival çərçivəsində nümayiş etdiriləcək filmin oktyabrın ilk günlərində müəyyənləşəcəyi gözlənilir.

- Siz hazırda çoxlu sayda filmlərin çəkildiyini söylədiniz. Bu yaxşıdır, yoxsa pis, axı bəzi yerli filmlər xüsusi uğurları ilə öyünə bilmədilər?

Kino incəsənətin bir növüdür, incəsənət isə, bildiyiniz kimi, özü insanların ürəyinə yol tapmalıdır. İncəsənətin dəyəri də məhz bundadır – güclə onu kiməsə bəyəndirə bilməzsən, o ya qəlbə toxunur, ya da ki, yox. Kinoda da belədir. Əgər film tamaşaçıların xoşuna gəlirsə, deməli o prokatda daha uzun müddət qalacaq və daha çox qazanacaq, yox, əgər tamaşaçı filmi bəyənməyibsə onda tam əks vəziyyətin şahidi olacağıq. Bunu bazar tənzimləyir. Çəkilən filmlərin sayının çox olmasına gəlincə, deyə bilərəm ki, bu istənilən halda yaxşıdır. Ona görə ki, uğursuz təcrübə özü də bir təcrübədir – o öz səhvlərinin üzərində öyrənməyə, təkmilləşməyə imkan verir. Düşünürəm ki, yerli rejissor, prodüser və aktyorlar vaxt keçdikcə bizi daha keyfiyyətli işlərlə sevindirəcəklər.

 - Və sonda – bu il  Festivalın harad keçirilməsi planlaşdırılır? -Son il ərzində Park Cinema Zaqulba və Park Cinema Flame Tower fəaliyyətə başlayıb və bizim kinoteatrlarda yerlərin sayı 4 minə çatıb. Buna görə də biz bu il Festival çərçivəsində filmləri Park Bulvar-da yerləşən zallarımızla yanaşı Metropark və Flame Tower –də yerləşən zallarımızda da nümayiş etdirməyi düşünürük. Bu festival çərçivəsində nümayiş olunacaq filmləri izləmək istəyənlərin sıralarını genişləndirməyə imkan yaradacaq. Qeyd edim ki, ötən il Festivalı 6000-dən artıq tamaşaçı izləmişdi. Bütün arzu edənlər üçün giriş pulsuzdur. Biz hamıya şad olarıq, çünki səmimi olaraq inanırıq ki, bu kimi yüksək səviyyəli beynəlxalq mədəni tədbirlərdə iştirak xalqlarımız arasındakı əlaqələrin möhkmlənməsinə xidmət etməklə yanaşı, Azərbycan kinosunun inkişafına əlavə impuls verəcək.

Əziz Manaflı


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI