“Televiziya kanallarının ziyalı mövqeyi haqqında nəsə danışmaq çox çətindir. Amma onların hamısının əməl etməli olduğu meyarlar var. Bu da cəmiyyətə müsbət yöndən təsir etməkdir. Hər kanal nə göstərirsə, nə təqdim edirsə, o bununla öz əxlaqını da təqdim edir”.
Bunu Modern.az saytına xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca Milli Teleradio Şurasının televiziya kanallarının bəzi verilişlərinin bağlanmasına və həmin kanalların ziyalılıq göstəricilərinin nə dərəcədə olmasına münasibət bildirərkən deyib.
Xalq şairi son günlər daha çox təzyiqə məruz qalan ANS telekanalı haqqında fikirlərini də açıqlayıb:
“ANS əvvəllər, xüsusən də yarandığı ilk illərdə çox yaxşı çalışırdı. Əsl ziyalı, vətənpərvər mövqe ortaya qoyurdu. Ölkənin, Qarabağın həqiqətlərini çatdırırdı. Bütün bunlar çox yaxşı idi. Amma çox təəssüf ki, indi əvvəlki kimi deyil”.
Elmin NURİ