25 yaşlı Shazia Parveen təhsilini tamamlayaraq Pakistanın ilk və tək qadın yanğınsöndürəni olub.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Pakistanın Cənub Pəncab bölgəsində yaşayan gənc qadının bu uğuru sosial mediada rəğbətlə qarşılanıb."Daha əvvəl bunu edən heç bir qadın olmadı və mən bu işi qadının görə biləcəyini göstərdim” deyən o, eyni zamanda da qadınların bir qadın yanğınsöndürən tərəfindən azad edilmək istədiklərini bildirib.
Vüsalə Qəzənfərqızı