Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyaya səfər edib.
Modern.az saytı xəbər verir ki, paytaxt Tokioaya gələn Ərdoğan daha sonra qalacağı otelə yollanıb.Tokionun Haneda hava limanında Ərdoğanın bu Yaponiya xarici işlər nazirinin müavini Yasuhide Nakayama, Türkiyənin bu ölkədəki səfiri Əhməd Bülent Meriç və onun xanımı Kumiko Meriç qarşılayıb.
Yaponiyanın baş naziri Şinzo Abe Ərdoğan üçün rəsmi qarşılanma mərasimi təşkil edəcək.
Qeyd edək ki, Türkiyə prezidenti ilə yanaşı Tokioya onun xanımı Əminə Ərdoğan, xarici işlər naziri Firidun Sinirlioğlu, enerji və təbii qaynaqlar naziri Əli Rza Alaboyun da gedib.
Modern.az