Modern.az

Müsavat Tural Abbaslını cəzalandıra bilər

Müsavat Tural Abbaslını cəzalandıra bilər

Təhsil

7 Oktyabr 2015, 16:15


“Ağ Blok” siyasi blokunu yaradan Müsavat Partiyasının üzvü Tural Abbaslı öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürüb. Bu isə Müsavat Partiyasının narazılığına səbəb olub.

Məsələ ilə bağlı Müsavat Partiyası başqanının müavini Elman Fəttah Modern.az-a açıqlama verib:  

“Partiya Məclisin qərarından kənar namizədliklərini irəli sürənlərlə bağlı qərar qəbul edib. Bu, partiyanın nizamnaməsi və siyasətinə qarşı davranışdır. Çünki həmin insanlar namizəd olmaq üçün əvvəldən Müsavat Partiyasına müraciət edə bilərdilər. Partiyadan kənar namizədliklərini irəli sürdüklərinə görə onlara xəbərdarlıq olunub.

Seçki prosesinin davamında, qeydiyyat başa çatdıqdan sonra da nizamnaməyə və Məclisin qərarına uyğun olaraq onlar haqqında qərarlar çıxarılacaq”.  

Vüsalə Qəzənfərqızı

 
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək