Bakı metrosunun “İçərişəhər” stansiyasında qatarın hərəkəti qəfildən dayanıb. Sərnişinlərdən birinin Modern.az-a verdiyi məlumata görə qatarın dayanması sərnişinlər arasında panikaya səbəb olub. Metropoliten işçilərinin, maşinistlərin cəhd etsələr də qatarı hərəkətə gətirə bilməyiblər. Buna görə metro işçiləri sərnişinləri təxliyyə etməyə çalışıblar.
Təxminən 30 dəqiqəyə yaxın vaxtda qatarın hərəkətini bərpa etmək mümkün olub. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Musavat.com-a açıqlamasında bildirib ki, "Həzi Aslanov" istiqamətində hərəkət edən 11 saylı qatar texniki nasazlıq səbəbindən işə düşməyib. Bu səbəbdən problem həll olunana qədər təxminən yarım saat ərzində qeyd olunan stansiyada qatar hərəkətsiz olaraq qalıb. Lakin artıq problem öz həllini tapıb".Modern.az