Modern.az

Müsavat Razi Nurullayevlə əməkdaşlıq etmək istəmir

Müsavat Razi Nurullayevlə əməkdaşlıq etmək istəmir

Təhsil

8 Oktyabr 2015, 12:49


AXCP sədrinin keçmiş müavini Razi Nurullayev  adıçəkilən partiyadan çıxarılandan sonra AXCP Etimad Qurultayı Təşkilatını yaratdı.   

Maraqlıdır, Əli Kərimlinin sədri olduğu ilə AXCP ilə münasibətləri soyuq olan Müsavat Partiyası  Razi Nurullayevlə hər hansı formada əməkdaşlıq edə bilərmi?  

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az-a açıqlamasında Razi Nurullayevlə bağlı əməkdaşlığın partiyada müzakirə olunmadığını deyib.

“Ümumiyyətlə, Müsavat Partiyasının Razi Nurullayevlə əməkdaşlıq etməsi məsələsi gündəmdə deyil. Əməkdaşlıq məsələsi Müsavat Partiyasında müzakirə olunmayıb, olunmur və olunacağı da gözlənilmir”.  

Qeyd edək ki, AXCP rəhbəri Əli Kərimli bu ilin fevral ayında verdiyi qərarla Razi Nurullayevi müavini vəzifəsindən azad edib. Razi Nurullayev isə bundan sonra AXCP rəhbərliyi əleyhinə müxtəlif bəyanatlar səsləndirib.  

Namidə BİNGÖL

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi