Modern.az

Nobel alan türk alim: “Mən nə ərəbcə, nə də kürdcə danışıram”

Nobel alan türk alim: “Mən nə ərəbcə, nə də kürdcə danışıram”

Təhsil

8 Oktyabr 2015, 12:51


Dünən kimya üzrə Nobel mükafatına layiq görülən türk əsilli ABŞ professoru Əziz Sancar ona milli kimliyi ilə bağlı verilən suallardan narahat olduğunu bildirib:
“İlk olaraq BBC-dən telefon edildi və məndən “ərəbsiniz, ya türksünüz” deyə soruşdular”.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nobel mükafatlı alim BBC jurnalistinə nə ərəb, nə də kürd olduğunu  deyərək, hiddətlənib: “Mən nə ərəbcə, nə də kürdcə danışıram. Mən yalnız türkəm. Bu qədər...”.

Qeyd edək ki, Əziz Sancarın ailəsi onu kürdlərin HDP partiyasına, ümumiyyətlə kürd əsilli olmasına dair yazılardan narahat olduğunu bildiriblər.

Elmin NURİ

 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək