Oktyabrın 7-də n Moskva şəhərinin “Alayskiy bazar” restoranında yerli hüquq-mühafizə orqanları azərbaycanlı “qanuni oğru” Zaur Şipilovu həbs edib.
Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, kriminal aləmdə daha çox Zaur Naxçıvanski adı ilə tanınan 29 yaşlı Şipilovun üzrənidən böyük miqdarda heroin tapılaraq götürülüb. “Qanuni oğru” ilə yanaşı, onun 3 kriminal ortağı da həbs olunub.
Məlumata görə, Zaur Şipilov 2006-cı ildə Moskvada sabirabadlı Hikmətlə birlikdə güllələnən “qanuni oğru” Byaram Talıbovun doğma oğludur.
2013-cü ildə Rövşən Caniyev tərəfindən İstanbulda “qanuni oğru” titulunu alan Şipilov son vaxtlara qədər əsasən doğulduğu Orenburq şəhərində fəaliyyət göstərib. Rusiyalı kirimnal jurnalistlər gənc azərbaycanlının ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini yazırlar.
Vüqar İsmayılov