Modern.az

Azərbaycanda seçki təşviqatına start verildi

Azərbaycanda seçki təşviqatına start verildi

9 Oktyabr 2015, 09:48

Bu gündən etibarən Azərbaycanda deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilir.

Parlament seçkilərində namizədliyi qeydə alınmış şəxslər,  onların səlahiyyətli nümayəndələri, vəkil elan edilmişlər təbliğat apara bilərlər.  

Təşviqat kampaniyası seçkilərə 23 saat qalmışa qədər davam edəcək. Bu isə 31 oktyabr saat 08:00-a təsadüf edir.  

Qeyd edək ki, Milli Məclisə növbəti seçkilər noyabrın 1-də keçiriləcək.

Bu vaxta qədər 125 seçki dairəsi üzrə 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.  

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək