Meksikanın qərb hissəsində göyərtəsində kokain olan yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, təyyarədə olan iki nəfər qəza nəticəsində həlak olublar.Təyyarə Miçokan ştatında, Sakit okeanı sahillərinə yaxın ərazidə yerə düşüb.
Hüquq-mühafizə orqanları təyyarədə 6 kisə kokain aşkarlayıblar.
Modern.az