Modern.az

“Green Card”-ı almaq üçün 29 mindən artıq Azərbaycan vətəndaşı müraciət edib

 “Green Card”-ı almaq üçün 29 mindən artıq Azərbaycan vətəndaşı müraciət edib

9 Oktyabr 2015, 11:47


ABŞ Dövlət Departamenti 2016-2017-ci illər üçün “Müxtəlif millətlərdən olan immiqrantlar üçün viza” proqramını açıq elan ediblər.

Modern.az ABŞ-ın rəsmi mənbələrinə istinadən xəbər verir ki, daha çox “Green Card” lotereyası kimi tanınan bu proqram hər il dünyanın müxtəlif bölgələrində yaşayan 55 min nəfər insana viza alaraq ailəsi ilə ABŞ-a köçməyə imkan verir.  

Hazırda ABŞ-ın əksər ölkələrdəki konsulluq xidmətləri lotereyada iştirak etmək istəyənləri qeydiyyata alır.  

ABŞ-ın İmmiqrasiya Xidmətinin məlumatına görə 2014-cü ildə 450 Azərbaycan, 2000 Ermənistan və 803 Gürcüstan vətəndaşı Green Card alaraq ABŞ-a köçüb.  

Bu il “Green Card” lotereyasında iştirak etmək üçün isə 29 mindən artıq Azərbaycan vətəndaşı müraciət edib.   Regionun digər ölkələrindən  Ermənistan 56 min, Gürcüstan isə 53 min müraciət ünvanlayıb.  

“Green Card” lotereyasının nəticələri gələn ilin mayında açıqlanacaq.    

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama