Modern.az

Keçmiş deputat polisdə ifadə verdi

Keçmiş deputat polisdə ifadə verdi

9 Oktyabr 2015, 12:07


Tanınmış futbolçu və Ədalət və İnkişaf Partiyasından keçmiş millət vəkili Hakan Şükür ictimai media üzərindən prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddiası ilə polisə ifadə verib.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, İstanbul Təhlükəsizlik Şöbə Müdirliyinə vəkili ilə birlikdə gələn Hakan Şükür deyib: “2 il millət vəkilliyini etdiyim AKP-ni və prezidenti təhqir etməyim mümkün deyil. Yalnız tənqid edə bilərəm”.

İfadəsi alınan Şükür daha sonra təhlükəsizlik müdirliyindən ayrılıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək