Modern.az

Azərbaycana qar yağıb

Azərbaycana qar yağıb

9 Oktyabr 2015, 12:30



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində oktyabrın 8-i gündüzdən 9-u səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasında isə güclü olub.

Nazirlikdən Modern.az saytına verilən məlumata görə, Qubanın dağlıq ərazilərində sulu qar, Ləzədə qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.

Havanın temperaturu oktyabrın 8-də günün ikinci yarısından başlayaraq tədricən aşağı enib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək