Modern.az

İranlı general Suriyada öldürüldü

İranlı general Suriyada öldürüldü

9 Oktyabr 2015, 13:39

Suriyanın şimalında gedən döyüşlərdə İran ordusunun general-mayoru Hüseyn Həmdani həlak olub. Modern.az İranın “Farsnews” agentliyinə istinadən xəbər verir ki, general Hələb şəhəri uğrunda gedən döyüşlərdə öldürülüb:

“İran İnqilabının Mühafizəsi Korpusunun general-mayoru Həsən Həmdani ötən gecə Hələb ətrafında gedən döyüşlərdə həlak olub”.

Bundan öncə, Qərb mətbuatında İranın Suriyaya hərbi qüvvələr göndərməsi barədə məlumatlar yer alırdı. İranın xarici işlər naziri Cavad Zərif isə bunu təkzib edərək Suriyada yalnız hərbi məsləhətçilərinin olduğunu iddia edirdi.


Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək