Almaniyanın paytaxtı Berlində 4 yaşlı suriyalı mühacir Məhəmməd Yanuzi oğurlanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, oğurlanma epizodu şəhərin səhiyyə və sosial məsələlər idarəsinin ərazisində baş verib.
Məlumata görə, hadisə oktyabrın 1-də baş verib. Berlin polisi müşahidə kameralarının köməyi ilə 4 yaşlı uşağı 35-50 yaşlı naməlum şəxsin oğurladığını müəyyən edib.
Məhəmməd Yanuzinin tapılması üçün şəhərdə geniş axtarış tədbirləri gerçəkləşdirilir.
Vüqar İsmayılov