2015-ci ilin Nobel Sülh Mükafatı Tunisdə inqilabdan sonra milli dialoqun əldə olunmasında iştirak edən 4 təşkilata verilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Ümumxalq Əmək İttifaqı”, “Sənaye və Ticarət Konfederasiyası”, “İnsan Hüquqlarının Müdafiəsi Liqası” və “Hüquşünaslar Ordeni” təşkilatları Tunisdə hakimiyyət böhranını çözülməsindəki roluna görə bu mükafata layiq görülüblər.
Qalibləri Norveç Nobel Komitəsinin sədri Kasi Kullman Five elan edib. “Dördlük” 2013-cü ildə Tunisdə sabiq prezident Zin Əl-Abidin Ben Əlinin istefa verməsindən sonra yaranmış siyasi xaos mühitində yaradılmışdı.
Nobel Sülk Mükafatına 273 nəfərin namizədliyi irəli sürülmüşdü.
Vüqar İsmayılov