Modern.az saytı 34 saylı Xətai ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə namizəd Fuad Muradovun seçki qərargahından hazırlanmış reportajı təqdim edir.
Artıq 9 oktyabr tarixindən rəsmi səkildə Milli Məclisə seçkilərin təbliğat kampaniyasına start verildi. Deputatlığa namizədlərin seçki kampaniyası haqqında məlumat almaq üçün 34 SAYLI XƏTAİ İKİNCİ SEÇKİ DAİRƏSİNDƏN Azərbaycan Respublikası Milli Məclisinə namizəd Fuad Muradovun seçki qərargahına yollandıq.
Qərərgahına gəldiyimiz zaman səhər saatları idi. İçəriyə daxil olduğumuz zaman qarşılaşdığımız ilk mənzərə qərargahda olanların demək olar ki, əksəriyyətinin gənclər olması idi. Kimi təbliğat materiallarını hazırlayır, kimi seçicilər üçün nəzərdə tutulmuş platformaları səliqəli şəkildə qatlayaraq düzürdü.
Seçki qərargahının rəhbəri bildirdi ki, artıq dairə ərazisində bütün ünvanlar dəqiqləşdirilib.
"Eyni zamanda sorğular keçirilərək ərazidə mövcud seçici aktivliyi və insanların seçkiyə marağı dəqiqləşdirilib. Sevindirici haldır ki, insanlar dövlətimiz və dövlətçiliyimə dəstək üçün vacib məsələ olan seçkilərdə iştirak etmək haqqında müsbət fikirlər bildiriblər. Artıq bu gündən başlayaraq seçicilərlə görüçlərə star verəcəyik. Düşünürük ki, kampaniyaya ayrılmış vaxt ərzində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün ünvanlar üzrə seçicilərlə görüşəcəyik".
Qərargahda çalışan əməkdaşlarla seçki kampaniyası haqqında söhbət etdik.
Fuad Muradovun səlahiyyətli nümayəndəsi bildirdi ki, Dairə seçki Kommisiyası ilə bağlı bütün məsələlər öz həllini tapıb. "Seçkilərdə Fuad Muradovu təmsil edəcək vəkillər və səlahiyyətli nümayəndələr, həmçinin seçkiləri müşahidə edəcək müşahidəçilər DSK-ya təqdim edilib. Düşünürük ki, Azərbaycan dövlətinin yaratdığı şəffaf seçki mühitində qanunlara əməl edərək seçki kampaniyamızı həyata keçirəcəyik. Biz təbliğat kampaniyasında aktiv iştirak edərək layiqli namizədimizin qələbə qazanması üçün çalışacağı".
Qərargahda daha çox könüllülər var idi. Onlarla söhbətimizn zamanı bildirdilər ki, Fuad Muradovun seçki kampaniyasına könüllü olaraq qoşulublar. Burada həm seçkilərin keçirilməsi ilə bağlı təcrübə qazanmaq, eyni zamanda hər zaman gənclərə dəstək olan Fuad Muradova kömək etmək üçün iştirak edirlər.
Bildirildi ki, bundan əvvəl də Fuad müəllim millət vəkili olduğu zaman gəncləri narahat edən məsələlərin həllində kifayət qədər aktiv iştirak edib. Odur ki, biz təbliğat kampaniyasında aktiv iştirak edərək layiqli namizədimizin qələbə qazanması üçün çalışacağıq.
Modern.az