Bakıda daha bir marşrut xətti istifadəyə verilir. Bu haqda Modern.az saytına Nəqliyyatı İntellektual İdaretmə Mərkəzinin İctimai əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib. O, bildirib ki, yeni marşrut iki metro stansiyanın qarşısından keçərək, Azadlıq prospekti ilə hərəkət edəcək:
“Oktyabr ayının 10-dan etibarən paytaxtda yeni 4 saylı marşrut avtobusu test rejimində fəaliyyətə başlayacaq. 4 saylı marşrut avtobusunun hərəkət istiqaməti Nərimanov metro stansiyası - Gənclik metro stansiyası – Azadlıq prospekti – 28 istiqaməti olacaq ”.
Gülşən RAUFQIZI