Modern.az

Futbol matçına gedəcək azarkeşlər üçün avtobus ayrıldı

  Futbol matçına gedəcək azarkeşlər üçün avtobus ayrıldı

9 Oktyabr 2015, 21:50

 

10 oktyabr 2015-ci il tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-İtaliya futbol matçı ərəfəsində 21:30-dan etibarən azarkeşlərin rahat və maneəsiz şəkildə daşınması üçün Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti və “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC tərəfindən xüsusi marşrut avtobusları ayrılıb.

Bu haqda Modern.az saytına Nəqliyyatı İntellektual İdaretmə Mərkəzinin İctimai əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

O qeyd edib ki, azarkeşlər müəyyən olunmuş ərazilərdən ekspress avtobuslarla rahat şəkildə stadiona gələ və eyni zamanda geri qayıda biləcəklər:

“Şəhərətrafı marşrut xətləri üzrə stadiona gəlmək üçün 40, şəhərdaxili marşrut xətləri üzrə 120 avtobus ayrılıb. Ehtiyac yaranarsa, əlavə ehtiyat 20 avtobus sərnişinlərə xidmət göstərəcək.  


 

Gülşən RAUFQIZI 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək