Modern.az

“Araz” marketə qarşı ittiham əsassız çıxdı - VİDEO

“Araz” marketə qarşı ittiham əsassız çıxdı - VİDEO

9 Oktyabr 2015, 22:50


Bu gün ölkə mətbuatında "Araz" supermarketlər şəbəkəsinin Masazır qəsəbəsində yerləşən filialında vətəndaşın aldadılaraq ondan alış-veriş zamanı artıq ödəniş alınması ilə bağlı məlumatlar yayılıb.

Modern.az xəbər verir ki, “Araz” supermarketlər şəbəkəsinin rəhbərliyi bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, Masazırda müştərinin alış-veriş zamanı ondan artıq pul alındığı barədəki iddiası üzrə ciddi araşdırmalar aparılıb və bunun tam əsassız olduğu üzə çıxıb.

“Belə ki, müştərinin iddia etdiyi kimi, uzərində hər birinin qiyməti 60 qəpik göstərilən 2 ədəd “Gillet” üzqırxanına kassada 69 qəpik ödəməsinə qarşılıq bildirmək istəyirik ki, bu zaman vətəndaşın ödədiyi əlavə 18 qəpik elə marketdə kassir tərəfindən yerindəcə ödənilib. Qeyd etmək istərdik ki, “Araz” marketlərdə vitrin qiyməti ilə kassa çıxış qiyməti arasında yaranan qıymət fərqində aşağı qiymət götürülərək ödəniş edilir. Marketdə minlərlə çeşid mal olur ki, mütamadi olaraq bunların qiymətlərində qalxma və enmələr baş verir. Bütün bunları gündəlik olaraq tənzimləməyə çalışsaq da, bəzən belə hallar müşahidə olunur. Burada insan faktoru olduğu üçün bu bir texniki xətadır və bu kimi hallar ilə daim mübarizə aparılır.

Müştərinin qaldırdığı ikinci iddia isə ondan ibarətdir ki, “Səba” broylerin istehsalı olan və üzərində çəkisi şəkildən də göründüyü kimi, 1.120 qram göstərilən toyuğun çəkisi marketdə 1.978 qram hesablanıb. Bu iddia da tam əsassız və qərəzlidir. Belə ki, “Araz” marketlər Masazır filialında bir neçə müddətdir ki, “Səba” toyuqlarının satış aksiyasını həyata keçirir. Yəni, 2 toyuq alana 1 toyuq hədiyyə edilir. Bu 3 ədəd toyuq isə bir səbətə qoyularaq satılır. Vətəndaşın aldığı və şəkillərdə təqdim etdiyi 1.978 qramlıq etiket isə 2 toyuğun çəkisidir və sadəcə müştəri buna fikir verməyərək çek vurulan toyuğu götürüb. Onun alt tərəfində isə sadəcə 2 toyuğun çəkisi bir ödəniş edilsin deyə, 1 toyuq qabına vurulur. Ücüncü toyuq isə hədiyyə olaraq verilir. Vətəndaşa video kadrlarda da göründüyü kimi, bütün bunlar izah olubsa və ona üzürxahlıq edilsə də, bunlara əhəmiyyət qoymayaraq, marketi tərk edib.

“Araz” marketlər hər zaman geniş çeşid, sərfəli qiymət və müxtəlif aksiyalar həyata keçirərək müştərilərinin xidmətində olub.

“Araz” müdiriyyəti olaraq nəzərinizə çatdırmaq istəyirik ki, bu və ya digər xoşagəlməz hallar ilə rastlaşdıqda market rəhbərliyinə və qaynar xəttimiz olan “055 525 95 19” nömrəsinə müraciət edəsiniz. “Araz” marketlər olaraq hər zaman bizim üçün müştərilərimizin fikirləri və təklifləri dəyərlidir.



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək