Modern.az

Səkkiz milli komanda artıq Avro-2016-nın finalına çıxıb

Səkkiz milli komanda artıq Avro-2016-nın finalına çıxıb

10 Oktyabr 2015, 10:54


2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatının qrup mərhələsinin başa çatmasına bir tur qalmış 8 ölkənin milli komandası final mərhələsinə vəsiqə qazanıb.

Modern.az xarici mediaya istinadən bildirir ki, bunlar İngiltərə, Çexiya, İslandiya, Avstriya, Portuqaliya, İspaniya, İsveçrə və Şimali İrlandiya komandalarıdır.

Tarixdə ilk dəfə Avropa birinciliyinin final mərhələsində 24 komanda mübarizə aparacaq. Avro-2016-nın təşkilatçısı Fransadır.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək