Modern.az

Ölmək üçün ən yaxşı ölkələrin adı AÇIQLANDI

Ölmək üçün ən yaxşı ölkələrin adı AÇIQLANDI

10 Oktyabr 2015, 11:00

Böyük Britaniya həyatdan köçmək üçün ən rahat şəraitə malik ölkə seçilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Economist İntelligence Unit” (UNİT) təşkilatının tərtib etdiyi reytinqdə əsas meyar olaraq ahıl yaşlı insanlara göstərilən xidmətin keyfiyyəti, tibb xidmətinin ümumi səviyyəsi, palliativ yardım (ağır xəstənin səhətinin mqüvəqqəti yaxşılaşması) və s. daxil olunub.

Ölmək üçün ən münasib ölkələrin ilk “5”liyə Britaniya ilə yanaşı, Avstraliya, Yeni Zelandiya, İrlandiya və Belçika da daxil edilib. Asiya ölkələri arasında ən yüksək göstərici Tayvana (6-cı yer) məxsusdur.

Reytinqdə Rusiya ölmək üçün ən münasib 48-ci pillədə qərar tutub. Uqanda, Panama (31), Kosta-Rika (29), Çili (27) və şimal qonşumuzu reytinqdə qabaqlayıb.  

Qonşularımızdan Türkiyə 47-ci, İran isə 73-cü yeri tutub. Siyahının autsayderi isə hərbi toqquşmaların fasilə vermədiyi İraq olub.  

“Economist İntelligence Unit” təşkilatının ekspertləri ölkələrə tibb xidmətinin yüksəldilməsi, palliativ yardım xidmətlərinin yaradılması və xroniki xəstəliklərə qarşı mübarizə proqramı tərtib etməyi tövsiyyə edirlər.      

Vüqar İsmayılov   


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu