Modern.az

Azərbaycanda bir gündə üç nəfər müəmmalı şəkildə ölüb

Azərbaycanda bir gündə üç nəfər müəmmalı şəkildə ölüb

10 Oktyabr 2015, 12:56


Oktyabrın 9-da Quşqara çayının Göygöl rayonunun Yalqışlaq kəndi ərazisindən keçən hissəsində Qızılca kənd sakini Natiq Nəbiyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, oktyabrın 9-da Cəlilabad rayonunun Bayxanlı kəndində, sərhəd zolağına yaxın ərazidə üzərində zorakılıq əlamətləri görünməyən 25-30 yaşlı kişi meyiti də tapılıb.

Oktyabrın 9-da Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Qalina İsmayılovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar olunub.  

Hər üç faktla bağlı araşdırma aparılır.    

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək