Ankarada həmkarlar təşkilatlarının mitinq təyin etdiyi dəmir yolu stansiyası yaxınlığında 2 partlayış baş verib.
Modern.az Türkiyə mediasına istinadən bildirir ki, ilk məlumatlara görə, iki nəfərin özünü partlatması zamanı ən azı 20 adam ölüb.
Partlayışın mitinq keçirmək üçün insanların dəmir yolu stansiyası yaxınlığına toplaşdığı an baş verdiyi bildirilir.
Modern.az