Modern.az

Ordumuz 6 erməni əsgərini məhv etdi - Düşmənin çoxlu yaralısı var

Ordumuz 6 erməni əsgərini məhv etdi - Düşmənin çoxlu yaralısı var

10 Oktyabr 2015, 13:12

“Oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var”.

Modern.az saytı xəbər verir ki, bu məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun da  1 hərbi qulluqçusu yaralanıb.

Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi