Azərbaycanda 2013-cü ildə törədilən cinayətin üstü açılıb. Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü il martın 30-da Sərxan Musayevə məxsus mağazadan 17 ədəd maqnitofon oğurlayan Sumqayıt şəhər sakini Elxan Muxtarov saxlanılıb.