Modern.az

Tanınmış boksçunu öldürən azərbaycanlı Ukraynaya verilir

Tanınmış boksçunu öldürən azərbaycanlı Ukraynaya verilir

10 Oktyabr 2015, 14:50


Odessada tanınmış ukraynalı boksçu Sergey Laşenkonu qətlə yetirməkdə şübhəli bilinən və Sankt-Peterburqda saxlanılan azərbaycanlı Ukraynaya ekstradasiya ediləcək.

Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda İnterpolun Ukrayna bürosunun işçi aparatının rəis müavini Yegeni Paniotova məlumat verib.

Cinayətin törədilməsində 24 yaşlı Azərbaycan vətəndaşı Babək Həsənov təqsirkar hesab edilir. Paniotovanın sözlərinə görə, Ukraynanın Baş Prokurorluğu şübhəlinin ekstradasiya ilə bağlı sənədləri hazırlayıb və Rusiya tərəfinə təqdim edib.  

Sergey Laşenko aprelin 8-də travmatik tapançadan açılan atəş nəticəsində öldürülüb. Onun öldürülməsində şübhəli bilinənin şəxsiyyəti dərhal müəyyənləşdirilsə də, aradan çıxa bilib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək