Azərbaycan Respublikasının Milli Məclisinə 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev seçicilərlə görüşlərə başlayıb.
Modern.az-ın məlumatına görə B.Əliyev oktyabrın 10-da Bakı şəhərində məskunlaşan ağdamlı seçicilərlə görüşüb.Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər deputatlığa namizəd B.Əliyevə dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, B.Əliyev hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də noyabrın 1-də millət vəkili Bəxtiyar Əliyevə səs verəcəklər.
Modern.az