Modern.az

Rusiya aviasiyasının dəstəyi ilə 10-dək yaşayış məntəqəsi azad edilib

Rusiya aviasiyasının dəstəyi ilə 10-dək yaşayış məntəqəsi azad edilib

10 Oktyabr 2015, 22:07

Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə İdlib şəhərindən 25 km aralıda yerləşən Kın vadisini “Cəbhə ən Nüsrə” silahlılarından azad edib.

Modern.az APA-ya istinadən bildirir ki, bunu Suriya ordusunun nümayəndəsi general Samir Süleyman bildirib.

“Xama əyalətinin şimalında yerləşən Kın vadisi tamamilə azad edilib. Burada 10-dək yaşayış məntəqəsi bizim nəzarətimizə keçib”, deyə general vurğulayıb.

Bundan əvvəl Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Xama əyalətinin şimalında Əl Baxsu şəhərini azad edib.

Modern.az 

 
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək