
Belarusda oktyabrın 11-də keçirilən prezident seçkiləri baş tutumuş hesab edilib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda Belarusun Mərkəzi Seçki Komissiyasının saytına xəbər verilib. Məlumatda qeyd edilir ki, səsvermədə iştirak edənlərin 51,2 faizi öz səslərini namizədlərdən birinə veriblər.
Belarus qanunvericiliyinə görə, dövlət başçısı seçkiləri səsverməyə gələn seçicilərin sayı 50 faizi keçərsə baş tutmuş hesab edilir. Oktyabrın 6-dan 10-dək vaxtından əvvəl səsvermədə seçicilərin 30 faizdən çoxu öz namizədlərini müəyyənləşdiriblər ki, bu da rekord hesab edilir. Budəfəki seçkilərdə dövlət başçısı postu uğrunda liberal-demokratların lideri Sergey Qaydukeviç, “Həqiqəti danış” hərəkatının fəalı Tatyana Korotkeviç, Belarus Vətənpərvərlər Partiyasının sədri Nikolay Upaxoviç və indiki prezident Aleksandr Lukaşenko mübarizə apararırlar.
Belarus MSK prezident seçkilərini izləmək üçün 37,8 min müşahidəçi qeydiyyata alıb, onların 928-i əcnəbi olub.
Modern.az