
Simferopolda təcili yardlm stansiyasında tibb işçilərinə atəş açaraq hadisə yerindən qaçan Bəkir Nəbiyev intihar edib. Modern.az Rusiya mediasına istinadən bildirir ki, ona qarşı iki və daha çox şəxsi öldürməklə bağlı ittiham irəli sürülüb.
Sentyabrın 26-da Simferopolda təcili yardım yardım stansiyasına hücum edən kişi əlindəki silahla tibb işçilərinə atəş açıb. Nəticədə iki qadın həlak olub, daha iki nəfər yaralanıb. Sonradan polis ehtimal edilən qatilin 55 yaşlı yerli sakin Bəkir Nəbiyevin olduğunu müəyyənləşdirib.
O, tibbi yardım göstərilmədiyi səbəbindən intiqam almaq qərarına gəlib. Bəkir Nəbiyevin meyiti Fontan və Çistenka yaşayış məntəqələri ərazisindəki meşə zolağında aşkarlanıb. Ekspertiza onun özünü öldürdüyü qənaətinə gəlib.
Modern.az