Türkiyənin təhlükəsizlik qüvvələrinin iki yüksək səviyyəli şəxsi Ankarda oktyabrın 10-da törədilən terrorla bağlı açıqlama verib. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, “Reuters” agentliyinə kimliklərinin gizli qalması şərtilə danışan vəzifəlilər Ankaradakı dəhşətli hücumla bağlı aparılan araşdırmalarda ilk məlumatların İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatını işarə etdiyini açıqlayıblar.