Belarus prezidenti Aleksandr Lukaşenko onun ölkəsinin ərazisində Rusiya hərbi bazasının yerləşdirilməsinin məqsədəuyğun olmadığını deyib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, bu bəyanatla oktyabrın 11-də keçirilən prezident seçkilərində 1 saylı seçki məntəqəsində səs verdiyi zaman çıxış edib.
“Bizə heç bir baza lazım deyil”, - Belarusun lideri deyib. O, xatırladıb ki, Belarus və Rusiya təkcə ittifaq dövləti qurmurlar, onlar həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridirlər. Onun sözlərinə görə, KTMT çərçivəsində ölkələrin cavabdehlik zonası müəyyənləşdirilib: “Biz Rusiya Federasiyası ilə birlikdə müvafiq hərbi qruplaşma yaratmışıq. Onun əsasını Belarus ordusu təşkil edir”.
Lukaşenko əlavə edib ki, əgər, Allah eləməsin, Qərbdə münaqişə baş qaldırarsa, Belarus ordusu münaqişə problemini hər şeydən öncə özünün silahlı qüvvələri ilə edəcək. Bir neçə gün sonra isə Rusiya öz silahlı qüvvələri ilə bizi dəstəkləyəcək”.
Lukaşenko onu da bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinlə Belarus ərazisində bu ölkənin aviabazasının yerləşdirilməsi məsələsini müazkirə etməyib. Onun sözlərinə görə, əgər Rusiya Belarusa təyyarə alayı verməyə razılaşarsa, orada Belarus pilotları xidmət edəcəklər.
Modern.az