Modern.az

Sabah 2016-cı ilin büdcə müzakirəsi başlayır

Sabah 2016-cı ilin büdcə müzakirəsi başlayır

12 Oktyabr 2015, 10:36


Sabah Milli Məclisin plenar iclasında 2016-cı ilin dövlət büdcə layihəsi müzakirəyə çıxarılacaq.

Modern.az saytının məlumatına görə oktyabrın 14-də də büdcə müzakirələri davam edəcək.   Qeyd edək ki, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50 ABŞ dolları götürülüb.

Layihəyə görə, gələn ilin dövlət büdcəsinin gəlirləri 14566 mln. manat (bunun 6000 mln. manatı Dövlət Neft Fondundan transfertlər təşkil edəcək) proqnozlaşdırılıb.

Gələn ilin dövlət büdcəsinin xərcləri isə 16264 mln. manat proqnozlaşdırlıb.

Büdcə kəsirinə gəldikdə, bu, gələn ilin dövlət büdcəsi layihəsində 1698 mln. manat göstərilib. Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 17080 mln. manat, xərcləri 17730 mln. manat, kəsir isə 650 mln. manat olub. 

Bu isə o deməkdir ki, Azərbaycanın dövlət büdcəsinin gəlirləri 4872 mln. manat, xərcləri  4836 mln. manat az proqnozlaşdırılıb.  

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək