Modern.az

İcra Hakimiyyəti: “Başçı müavininin oğlu Aynar Məmmədovun kafesində tutulmayıb”

İcra Hakimiyyəti: “Başçı müavininin oğlu Aynar Məmmədovun kafesində tutulmayıb”

12 Oktyabr 2015, 10:59


Bəzi kütləvi informasiya vasitələrində nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olan “Nar” kafesində xüsusi təyinatlıların əməliyyat keçirdiyi xəbəri yayılıb.
Qeyd edilir ki, Yasamal rayonundakı “Şüşəli bazar”ın yaxınlığında yerləşən kafedə Aynar Məmmədovla birlikdə daha 20 nəfərə yaxın məmur övladı həbs edilib. Həbs edilənlərdən birinin də Xəzər rayonun icra başçısının müavini Vaqif Həsənovun oğlu olduğu bildirilir. 

Məsələ ilə bağlı Modern.az saytına açıqlama verən Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov xəbərin yalan olduğunu deyib:

“Vaqif  Həsənovun oğlu 4-5 aydır ki, Lənkəranda hərbi xidmətdədir”.

Şöbə müdiri yalan informasiya yayanları qınayıb:

“Bu xəbəri yazanlar niyə düşünmədən, dəqiqləşdirmədən yazırlar, anlamıram. Nəzərinizə çatdırım ki, Vaqif müəllimin bir qızı, bir oğlu var. Oğlu əsgərlikdə ola-ola Bakıdakı kafedə necə tutula bilər?”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək