Modern.az

Belarus müxalifətinin liderləri seçkinin nəticələrini tanımamağa çağırdı

Belarus müxalifətinin liderləri seçkinin nəticələrini tanımamağa çağırdı

12 Oktyabr 2015, 11:13



Belarus müxalifətinin liderləri Nikolay Statkeviç, Vladiumir Neklyaev və Anatoli Lebedko beynəlxalq ictimaiyyəti oktyabrın 11-də keçirilən prezident seçkilərinin nəticələrini tanımamağa çağırıb. Modern.az xarici mediaya istinadən bildirir ki, onlar bu çağırışı birgə keçirdikləri mətbuat konfransında ediblər.

“Belarus Respublikasında prezident seçkiləri” adlandırılan siyasi kampaniya başa çatıb”, - Neklyaev bəyan edib. Onun sözlərinə görə, bu kampaniya əvvəlcədən gözlənildiyi kimi yekunlaşıb: “Bəyan edilirdi ki, indiki prezident  82 faiz səs toplayacaq və bu gercəkləşir”.

Neklyaevin sözlərinə görə, müxalifət liderləri yığışıblar ki, bunu bəyan etsinlər: “Belarus rejiminin oynadığı seçki tamaşasını seçki hesab etmirik və bu seçkiləri tanımırıq”.

Onun fikrincə, bunu seçkidən başqa nə desən adlandırmaq olar: “Bu xalqı lağa qoymaqdır”.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək