Modern.az

Elm Fondu 3-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb

Elm Fondu 3-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb

12 Oktyabr 2015, 12:00


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb.

EİF-dən Modern.az-a bildirilib ki, müsabiqə 2014-cü il noyabrın 10-da elan edilib, qrant iddiaçılarına kömək məqsədilə bir neçə məsləhət seminarı təşkil olunub.

Müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 74 layihə daxil olub, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib, layihələrin ekspertizası işinə EİF-in daimi, o cümlədən yerli və xarici müstəqil elmi ekspertlər cəlb olunub.

Müsabiqənin nəticələrinə dair EİF-in Himayədarlar Şurası tərəfindən qəbul edilən yekun qərara əsasən, gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 500000 manat olmaqla 24 qalib layihə müəyyənləşdirilib.

Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsi üzrə qalib layihələr Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri, Kataliz və Qeyri-üzvi Kimya, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Geologiya və Geofizika, Coğrafiya, Botanika, Memarlıq və İncəsənət, Ədəbiyyat institutlarında, AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar və İncəsənət, Dil və Ədəbiyyat institutlarında, həmçinin Bakı Dövlət, Xəzər, Azərbaycan Turizm və Menecment universitetlərində, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri, İqtisadi İslahatlar Elmi-Tədqiqat institutlarında, qeyri-hökumət təşkilatı olan ECORES Ekoloji İnformasiya Analitik Agentliyində yerinə yetiriləcək.

Qalib layihələrdən 21-i fundamental-tətbiqi, 1-i axtarış-innovasiya xarakterlidir, 2 layihə üzrə isə Azərbaycanda AMEA-nın 70 illiyinə həsr olunan “Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma" mövzusunda Gənc alim və tələbələrin 6-cı beynəlxalq elmi konfransı və “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Fizika-riyaziyyat və texnika elmləri üzrə 5, Yer haqqında elmlər üzrə 4, Kimya elmləri üzrə 5, Biologiya, tibb və aqrar elmləri üzrə 5, Humanitar və ictimai elmlər üzrə isə 5 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 17-si qadın, 7-si isə kişidir.

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək