Oktyabrın 10-da Nərimanov rayonu ərazisində yaşayan Nigar Abbaszadə sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, oktyabrın 10-da Abşeron rayonunun Qobu qəsəbəsindəki evlərdən birində təmir işləri aparan qəsəbə sakini İlham Əliyarov evin damından yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb.
Oktyabrın 11-də Yasamal rayonu ərazisində yaşayan Rusiya Federasiyası vətəndaşı İlham Bayramov evinin pəncərəsindən (8-ci mərtəbə) yıxılaraq ölüb.