Modern.az

Prezident hökumətin iclasını keçirdi

Prezident hökumətin iclasını keçirdi

12 Oktyabr 2015, 13:13


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Modern.az xəbər verir ki, dövlət başçısı iclası giriş nitqi ilə açıb.  

Müşavirə 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. 

Prezident İlham Əliyev iclası giriş nitqi ilə açıb. Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şi rəliyev və təhsil naziri Mikayıl Cabbarov çıxış ediblər.

İclasın sonunda prezidenti yekun nitqi söyləyib.

Bundan əvvəl iyulun 13-də İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Məhz həmin iclasda president aviabiletlərin baha olmasından danışıb. O, Birinci Avropa Oyunlarının sonra Azərbaycana turist axınının daha da sürətləndiyini əsas gətirərək turistlərə vizaların verilməsinin sadələşdirilməsini, aviabiletlərin və hotellərin qiymətlərinin aşağı salınmasının vacib oduğunu deyib.

"Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün?" - deyən prezident Maliyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə bu məsələ ilə məşğul olmalarını tapşırıb.  

Modern.az    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək