Qaradağ rayonunun Lökbatan qəsəbəsinə və Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, I və II Kür-Bakı magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar oktyabrın 12-də gün ərzində Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsinə və Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Modern.az