Oktyabrın 11-də ötən gün Moskvada genişmiqyaslı terror aktları planlaşdıran 10 nəfərlik terrorçu qrup polis tərəfindən saxlanılıb.
Modern.az Rusiyanın “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən azı 3-nün Suriya vətəndaşı olduğu müəyyənləşib. Qrupun digər üzvlərinin isə Mərkəzi Asiya ölkələrinini vətəndaşları olduğu güman olunur.Rusiya Antiterror Komitəsinin məlumatına görə, terrorçuların yaşadığı mənzildən 5 kiloqram trotil gücündə partlayıcı qurğu aşkarlanıb.
Sentyabrın 30-dan Suriyada “İslam dövləti” (İŞİD) və “Əl Nüsrə Cəbhəsi” qruplaşmalarının mövqelərini bombalayan Rusiya həmin təşkilatların hədələri ilə üzləşib.
Vüqar İsmayılov